“Real Madrid”in kapitanının oğlu atasının yolunu davam etdirir

16.11.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Real Madrid”in kapitanı Federiko Valverdenin oğlu Benisio atasının yolunu davam etdirmək üçün ilk addımını atıb.

İdman.Biz "The Touchline"ya istinadən xəbər verir ki, altı yaşlı Benisio Madrid klubunun akademiyasında məşqlərə başlayıb və artıq komandanın bazasında ilk məşqini keçirib.

Valverdenin oğlu “Real Madrid”in akademiyasında klubun sabiq futbolçuları Marselo və Rafael Varanın, həmçinin hazırkı qapıçısı Tibo Kurtuanın övladları ilə birlikdə məşq edəcək.

Qeyd edək ki, Federiko Valverde “Real Madrid”in əsas komandasında 387 oyun keçirib, 44 qol vurub və 46 məhsuldar ötürmə edib. Uruqvaylı yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью