“Real Madrid”in müdafiə xətti çökmə həddindədir

28.11.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real Madrid” futbol komandasının müdafiə xətti ardıcıl zədələr səbəbindən təhlükəli dərəcədə zəifləyib və rəqiblərin qapıya endirdiyi zərbələrin sayı kəskin artıb.

İdman.Biz “AS” nəşrinə istinadən xəbər verir ki, görə, son oyunlarda rəqiblər “Real Madrid”in qapısına rekord sayda zərbələr endirib: “Liverpul” - 17, “Rayo Valyekano” - 13, “Elçe” - 15, “Olimpiakos” - 18 zərbə.

Əvvəlki orta göstərici 9.7 zərbə olduğu halda, bu rəqəm hazırda oyun başına 15.75-ə yüksəlib.

Məlumata görə, komandanın bütün dörd mərkəz müdafiəçisi zədəlidir. Bu səbəbdən Kareras mərkəzdə oynamağa məcbur qalıb, Trent Aleksander-Arnold isə bir daha təsdiqləyib ki, təbii olaraq hücumameyilli futbolçudur və müdafiə işində çətinlik çəkir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью