“Real Madrid”in qapıçısı Bakıya gəlməyəcək

02.09.2025

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna millisinin heyətində məcburi dəyişiklik baş verib.

Sportnet.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İspaniya "Real Madrid"indən çağırılmış Andrey Lunin komandanın düşərgəsini tərk edib.

Buna 26 yaşlı qapıçının zədəli olması səbəb kimi göstərilib. Marqarita pizza

Onu Səudiyyə Ərəbistanının "Əl Şabab" komandasında çıxış edən Georgi Buşan əvəzləyib.

Qeyd edək ki, Ukrayna millisi sentyabrın 5-də Polşanın Vrotslav şəhərində Fransa ilə, sentyabrın 9-da isə Bakıda Azərbaycan yığması ilə 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarına çıxacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью