“Real Madrid”in qapıçısı zədələndiyi üçün heyətdən çıxarılıb

14.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 may, AZƏRTAC

İspaniyanın "Real Madrid" komandasının qapıçısı Andriy Lunin ötən gün məşq zamanı zədələnib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı əlcək sahibi bu gün La Liqanın 36-cı turunda “Malyorka” ilə keçiriləcək görüşü buraxacaq. Ukraynalı qolkiperin əvəzinə Fran Qonzales heyətə daxil edilib.

A.Lunin bu mövsüm “Real Madrid”in heyətində 12 oyunda meydana çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью