“Real Madrid”in sabiq baş məşqçiləri Premyer Liqada üz üzə gələcək

08.07.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

2026/27 mövsümündə Premyer Liqanın açılış turunun diqqətçəkən oyunlarından biri “Fulhem” və “Çelsi” arasında keçiriləcək.

Avqustun 24-də baş tutacaq London derbisi hər iki komandanın ispaniyalı baş məşqçisi üçün Premyer Liqada debüt matçı olacaq.

“Fulhem” iyulun 7-də Alvaro Arbeloanın baş məşqçi təyin olunduğunu açıqlayıb. 43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

“Çelsi”ni isə yeni mövsümdən Xabi Alonso çalışdıracaq. Arbeloa ötən mövsüm “Real Madrid”də məhz Xabi Alonsonu əvəzləmişdi.

Qeyd edək ki, Alonso 2024/25 - 2025/26, Arbeloa isə 2025/26 mövsümündə "Real Madrid"i çalışdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью