“Real Madrid”in sabiq baş məşqçisi Oman millisinə rəhbərlik edəcək

16.07.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 iyul, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının sabiq baş məşqçisi Karluş Keyroşun yeni iş yeri müəyyənləşib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Oman millisinə rəhbərlik edəcək. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

72 yaşlı çalışdırıcı İran millisini üç dəfə (2014-cü il, 2018-ci il, 2022-ci il) dünya çempionatının final mərhələsinə çıxarıb.

O, 2003-2004-cü illərdə “Kral klubu”na rəhbərlik edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью