“Real Madrid”in ulduzu İtaliyaya gedir

23.09.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın "Udineze" klubu transfer pəncərəsində böyük əks-səda doğuracaq addım atmağa hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, Udine təmsilçisi "Real Madrid"in keçmiş müdafiəçisi David Alaba ilə şifahi razılıq əldə edib.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, avstriyalı ulduz futbolçu "Udineze"nin əsas transfer hədəflərindən biri hesab olunurdu. Keçidin yekunlaşması və sövdələşmənin rəsmiləşməsi üçün hazırda tərəflər arasında son hüquqi prosedurlar tamamlanır. pizza mizza

Qeyd edək ki, zəngin karyeraya sahib olan David Alaba 4 dəfə Çempionlar Liqasının qalibi olub və müxtəlif beynəlxalq titullar qazanıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью