Real Mançester Siti nin futbolçusunu transfer etməyəcək Peres istəmədi

07.10.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək fikrindən daşınıb.

Sportal.az xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres ispaniyalı futbolçunun keçidinə razılıq verməyib. Bu barədə "Defensa Central" məlumat yayıb.

Rodrinin bu mövsüm göstərdiyi zəif performans və tez-tez zədələnməsi "Real"ın fikrini dəyişib. La Liqa nəhəngi 29 yaşlı dayaq yarımmüdafiəçisi üçün yüksək məbləğdə təzminat ödəmək istəmir.

Qeyd edək ki, "Mançester Siti" Rodrini 2019-cu ilin yayında "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью