Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq. UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, cavab matçında son çempion “Real” evdə “Mançester Siti”ni qəbul edəcək.
Bu komandalar arasında ilk oyun “kral klubu”nun 2:3 hesablı üstünlüyü ilə bitib.
“Santyaqo Bernabeu” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Günün digər matçları “Borrusiya Dortmund” - “Sportinq”, PSJ - “Brest”, PSV - “Yuvenstus” klubları arasında keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.