“Real” Mbappenin zədəsinin xarakterini açıqladı bərpa müddəti bəllidir

26.09.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Madrid “Real” futbol klubu Fransa millisinin heyətində Türkiyə ilə oyunda (1:0) zədələnən Kilian Mbappenin durumunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, klubun tibbi heyətinin müayinəsindən sonra futbolçuya sol diz oynağının arxa kapsulunun həddindən artıq gərilməsi diaqnozu qoyulub. Mbappenin vəziyyətinin nəzarətdə olduğu bildirilib.

Hücumçunun 10-12 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Mbappe zədəsini Türkiyə ilə qarşılaşmanın 54-cü dəqiqəsində vurduğu qol zamanı alıb və 59-cu dəqiqədə meydanı tərk edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью