Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İnter"də çıxış edən italiyalı yarımmüdafiəçi Nikolo Barella İspaniya çempionatına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, "Real Madrid" yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.
"Kral klub"u 28 yaşlı futbolçunu komandadan ayrılan Luka Modriçin əvəzləyicisi kimi görür.
Barellanın "neradzurri" ilə 2029-cu ilin iyunun sonuna qədər müqaviləsi var. "İnter" italiyalının transferi üçün təxminən 100 milyon avro tələb edir.
Qeyd edək ki, ötən mövsüm A Seriyasında Nikolo 33 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Yuventus" Kenan Yıldıza qiymət qoyub Türkiyə Super kubokunun yarımfinal cütləri bəlli olub Hakan Çalhanoğlu Çempionlar Liqasında bir ilkə imza atıb Super Liqada 3-cü pillənin sahibi bəlli oldu Braziliya millisinin üzvü “Yunayted”də - RƏSMİ