Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Real” təcrübəli futbolçusu Luka Modriçin yerinə futbolçu axtarır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu PSJ-nin oyunçusu Vitinya ilə yaxından maraqlanır. “Real” futbolçunu Modriçə alternativ kimi görür.
Paris klubu oyunçunu buraxmaq niyyətində deyil. Amma yayda tərəflər arasında danışıqların başlayacağı bildirilir.
55 milyon avro dəyərində qiymətləndirilən oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədər nəzərdə tutulub.