Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Real”ın yarımmüdafiəçisi Luka Modriç yaxın zamanda komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər bir müddətdir danışıq aparsa da, razılaşa bilmir. Bu səbəbdən də 39 yaşlı xorvatiyalı gedəcəyi ilə bağlı yaxın vaxtda qərarını verəcək.
Bu mövsüm Modriç 55 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.