Real mövsümün sonunu gözləmədi Ulduz futbolçu gəlir

13.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"Liverpul" mövsümün fasiləsində Trent Alexander-Arnold üçün təklifləri dəyərləndirəcək.

Metbuat.az xəbər verir ki, futbolçunun müqaviləsi mövsümün sonunda yekunlaşacaq. “Liverpul” futbolçunu pulsuz əldən buraxmamaq üçün onu transferinə razılıq verib. “Real Madrid”in sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək üçün oyunçu ilə maraqlandığı bildirilir. Məlumata görə, “Real” mövsüm sonunda Alexander-Arnoldu pulsuz transfer etmək imkanı olsa da, mövsümün fasiləsində oyunçunu “Liverpul”dan ala bilər.

"Defensa Central"ın məlumatına görə, "Liverpul" futbolçunun 30 milyon avroya getməsinə razılıq verə bilər. Alexander-Arnold “Liverpul”da futbola başlayıb və 2016-cı ildən A komandasının əvəzolunmaz futbolçusudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью