Real Niko Uilyamsdan imtina etdi Bu xəbər bilərəkdən yayılır

26.05.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Son vaxtlar mətbuatda Niko Uilyamsın "Reala"a keçə biləcəyi ilə bağlı şaiyələrə baxmayaraq, Madrid klubu "Atletik Bilbao"nun vingerini transfer hədəfi hesab etmir. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış ispan insayder Xosep Pedrerol məlumat yayıb.

Mənbənin məlumatına görə, "Kral klubu" 22 yaşlı oyunçu ilə heç vaxt maraqlanmayıb. Üstəlik, Pedrerol iddia edib ki, “Real”la danışıqlar aparılması barədə şayiələr futbolçunun bazarda cəlbediciliyini artırmaq üçün “Atletik”in və oyunçunun ətrafı tərəfindən bilərəkdən yayılır. 

Bir müddət əvvəl Uilyamsın adı "Barselona" ilə əlaqələndirilmişdi. Ancaq kataloniyalılar transfer fikrindən vaz keçdilər. Buna həm maddi səbəblər, həm də heyətdəki gənc oyunçuların inkişafına yol açmaq niyyətinin olduğu əsas göstərildi. 

Niko Uilyams 2024/25 mövsümünü La Liqada 29 matçda 5 qol və 5 məhsuldar ötürmə ilə başa vurub. Onun "Atletik"lə müqaviləsində 58 milyon avroluq sərbəst qalma maddəsi var.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью