Real onları satmağa hazırdır: İnam qalmayıb

07.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real" iki braziliyalı cinah oyunçusu Vinisius Junior və Rodriqonu satmağa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, hər iki futbolçu onlara olan inamı itirib. "Los Blankos"un rəhbərliyi Vinisiusda xarakterinə görə, Rodriqoda isə qeyri-sabitliyinə görə məyusluq yaşayıb.

Qeyd olunur ki, daha bir braziliyalı, zədəli müdafiəçi Eder Militao da yayda komandanı tərk edə bilər.

2024/25 mövsümündə Vinisius Junior klub səviyyəsində 21 oyun keçirib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib. Rodriqo bu kampaniyada 21 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Heybət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью