Real” onunla razılığa gəldi

26.02.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real Madrid” “Liverpul”un futbolçusu Trent Aleksandr-Arnoldla şifahi razılıq əldə edib. SİA xəbər verir ki, bu barədə “Cadena Ser” nəşri məlumat yayıb. Madrid klubu 26 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayacaq. İspaniya klubunda bu transferi artıq başa çatmış hesab edirlər. Bildirilir ki, İngiltərə millisinin üzvü “Liverpul”la bu mövsümün sonunda bitən müqaviləni uzatmaqdan imtina edib.

Qeyd edək ki, Trent bu mövsüm İngiltərə təmsilçisinin heyətində 35 matça çıxaraq 3 qol vurub və 7 qolun ötürməsini edib. “Transfermarkt” portalına görə, futbolçunun transfer qiyməti 75 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью