Real onunla yollarını ayırmağa hazırdır

24.04.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real" bu yay Dani Sebalyosun başqa komandaya keçidinə razıdır.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, ispan daha çox oyun praktikası qazanacağı komandaya transfer olmaq istəyir.

Sebalyosun Niderlanda yollanmaq ehtimalı yüksəkdir. Belə ki, “Ayaks” 29 yaşlı yarımmüdafiəçi üçün “Real”a təklif göndərib.

"Real"la müqavilə müddəti 2027-ci il iyunun 30-a qədər olan futbolçu özü isə "Betis"ə qayıtmağı üstün tutaraq Madriddən ayrılmaq istəyir.

Sebalyos "Betis"in yetirməsidir və "Arsenal"da da çıxış edib.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью