“Real Oviedo” “Espanyol” oyunu etiraz aksiyası ilə başlayıb

18.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

La Liqada hazırda oynanılan “Real Oviedo” – “Espanyol” oyununun ilk 30 saniyəsini “La Liga TV” yayımlamayıb.

İdman.Biz bildirir ki, buna səbəb oyunun ilk 30 saniyəsində futbolçuların etiraz məqsədilə hərəkət etməməsi və olduqları yerdə qalmaları olub.

Qeyd edək ki, La Liqanın 9-cu turunun bütün oyunlarında matçın əvvəlində futbolçular simolik etiraz aksiyası keçirəcəklər.

Bu barədə İspaniya Futboçular Assosiasiyası (AFE) bəyan edib.

Futbolçular bunu “Barselona” – “Vilyarreal” oyununun Mayamidə keçirilməsinə qarşı edirlər.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью