Real öz yetirməsini almaq üçün razılığa gəldi 45 milyon avroya

04.06.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real" öz yetirməsi  Alvaro Fernandez Karrerası "Benfika"dan almaq üçün razılığa gəlib.

Sportal.az xəbər verir ki, "OK Diario"nun məlumatına görə, Karrerasın transferi haqqında rəsmi elan yaxın saatlarda veriləcək.

Portuqaliya klubu bu transferdən 45 milyon avro əldə edəcək. Ödəniş iki bərabər hissədə həyata keçiriləcək. Əlavə 5 milyon avronun ödənilməsi isə klublar arasında gələcək razılaşmalardan, o cümlədən akademiyalar üzrə əməkdaşlıqdan asılı olacaq.

Qeyd edək ki, bu mövsüm Carreras Portuqaliya çempionatında 32 oyunda iştirak edib və 3 qol vurub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью