Real Premyer Liqada çıxış edən futbolçunu transfer etmək istəyir

15.11.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın "Real" (Madrid) kollektivi İngiltərə Premyer Liqa təmsilçisi "Nottinqem Forest"də çıxış edən Murillonu heyətinə qatmağı düşünür.

"Report" "The Mirror"a istinadən xəbər verir ki, madridlilərin müdafiəçilərinin tez-tez zədələnməsi səbəbindən klub 22 yaşlı oyunçunu transfer etmək istəyir.

"Kral klubu" braziliyalı futbolçunu sıralarına cəlb etmək üçün 40 milyon avrosundan keçməyə hazırdır.

Qeyd edək ki, Murillo cari mövsüm "Nottinqem Forest"in heyətində 11 oyun keçirib və 1 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью