“Real” PSJ nin müdafiəsini sarsıtmaq istəyir

25.02.2025

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Real Madrid" PSJ-nin ekvadorlu mərkəz müdafiəçisi Uilyan Paço ilə maraqlanır.

"Ölkə.az" xəbər verir ki, bu barədə İspaniyanın "Fichajes.net" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 23 yaşlı futbolçu parislilərin heyətində inamlı oyunu sayəsində müdafiənin mərkəzini gücləndirmək niyyətində olan “kral klubu”nun diqqətini cəlb edib.

Xatırladaq ki, Paço 2024-cü ilin yayında 40 milyon avroya “Ayntraxt Frankfurt”dan PSJ-yə keçib.

2024/25 mövsümündə Paço klub səviyyəsində 34 oyun keçirib, 1 qol ötürməsi edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.(publika.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью