Real PSJ yə 150 milyon avro ödəyəcək | Icma.az
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Real" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, La Liqa nəhəginin əsas hədəfi PSJ-də çıxış edən Joau Neveşdir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Kral klubu" portuqaliyalı futbolçu üçün parislilərlə danışıqlara başlamağa hazırlaşır.
"Real" 21 yaşlı yarımmüdafiəçi üçün 150 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, PSJ Joau Neveşi 2024-cü ilin yayında "Benfika"dan 65 milyon avroya transfer edib.
Portuqaliya millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
UEFA-dan Ukraynaya sərt cəza - 34 min avro Flik: "Tezliklə onu "Barselona"nın kapitanı kimi görəcəyik" "Tottenhem" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir “Real Betis”ə Amrabat şoku: "Barselona" matçını buraxacaq "Qalatasaray"ın futbolçusu "Monako" ilə matçı buraxacaq Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu