“Real” “Qalatasaray”ın ulduzunu transfer etmək istəyir

08.04.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın “Real Madrid” klubu “Qalatasaray”ın “Napoli”dən icarə əsasında transfer etdiyi Viktor Osimheni heyətinə cəlb etmək istəyir.

Missiya.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Real Madridin prezidenti Florentino Peresin xüsusilə Osimheni heyətə qatmaqda maraqlı olduğu bildirilir.

Məlumata görə, nigeriyalı futbolçu ilə "Mançester Yunayted", "Arsenal", "Çelsi", "Yuventus", “PSJ” və "Barselona" klubları da maraqlanır.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью