Real qanalı müdafiəçi transfer edir

27.08.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Real" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Qranada"da çıxış edən Oskar Naaseinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real" qanalı futbolçu üçün onun klubuna 2 milyon avro təzminat ödəyəcək. 21 yaşlı mərkəz müdafiəçisi ilkin mərhələdə "kral klubu"nun B komandasında çıxış edəcək.

Qeyd edək ki, Oskar Nassei 2023-cü ilin yayından "Qranada"da çıxış edir. Qana millisinin üzvü 2025/26 mövsümündə II La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью