Qol.az saytına istinadən Icma.az xəbər verir.
"Real" qapıçılar üzrə məşqçi vəzifəsində dəyişiklik edəcək.
QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, Luis Lyopis növbəti mövsümdən etibarən bu vəzifədə çalışmayacaq. Onu əvvəllər Joze Mourinyonun məşqçilər korpusunda yer alan Nunu Santuş əvəzləyəcək.
Bununla yanaşı, Lyopisin klubdan ayrılmayacağı, "Real"ın strukturunda başqa vəzifədə fəaliyyətini davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, Luis Lyopis ilk dəfə 2015-2018-ci illərdə "Real"da qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərib. Daha sonra "Real Sosyedad"a yollanan mütəxəssis 2021-ci ildə yenidən Madrid klubuna qayıtmışdı. Onun çalışdığı dövrdə "Real" bir neçə dəfə UEFA Çempionlar Liqasının və La Liqanın qalibi olub.