Real qış transfer pəncərəsində müdafiəçi transfer edəcək

05.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

İspaniyanın "Real" (Madrid) klubu qış "transfer pəncərəsi"ndə müdafiəçi transfer edəcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Kral klubu" "Jirona"nın 23 yaşlı oyunçusu Miqel Qutyerresi heyətinə qatacaq.

"Real"ın futbol akademiyasının yetirməsi olan Qutyerres paytaxt təmsilçisi ilə müqavilə bağlamağa çox yaxındır.

Qeyd edək ki, o, cari mövsüm "Jirona"nın heyətində 20 oyun keçirib və 3 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью