“Real” qışda kimi transfer edəcək?

22.11.2024

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Real” rəhbərliyi qış transfer planları ilə bağlı qərar verib.

“Relevo” nəşrinin məlumatına görə, İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti qışda heç bir transfer edilməyəciyinə qərar verib. Klub transfer bazarına bir də 2025-ci ilin yayında çıxacaq.
“Liverpul” rəhbərliyi “Real”ın futbolçusu Orelyen Çuameni ilə maraqlansa da, Madrid klubu onu müdafiədə oynatmağı planlaşdırır və bu səbəbdən satmaq istəmir.
Əlavə edək ki, “Real”ın “Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold ilə maraqlandığı bildirilmişdi. Lakin İspaniya nəhəngi ingilis futbolçunu qışda almayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью