“Real” rəhbərliyi Mourinyonun komandasındakı problemdən narahatdır

29.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Real” futbol komandasının rəhbərliyi Joze Mourinyonun yetirmələrinin son qarşılaşmalardakı çıxışından narahatdır.

İdman.Biz “The Touchline” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyini komandanın müntəzəm olaraq ilk qolu buraxması və görüşün gedişində hesabı dəyişmək məcburiyyətində qalması qane etmir.

“Real” son vaxtlar “Selta” və PSV ilə qarşılaşmalarda hələ birinci hissədə hesabda geri düşsə də, oyunun gedişini dəyişərək qələbə qazanmağı bacarıb. Lakin şənbə günü “Alaves”lə keçirilən görüşdə növbəti geridönüş mümkün olmayıb və Madrid təmsilçisi doğma meydanda 1:2 hesabı ilə məğlub olub.

Yaranmış vəziyyətlə əlaqədar klub rəhbərliyi kənar mütəxəssislərin cəlb olunması variantını nəzərdən keçirir. Onların Mourinyonun məşqçilər heyətinə problemin səbəblərini müəyyənləşdirməkdə və həlli yollarını tapmaqda kömək edə biləcəkləri düşünülür.

Madrid klubunda komandanın daim geridönüşlər hesabına qələbə qazanacağına ümid etməyin doğru olmadığını hesab edirlər.

Qeyd edək ki, “Real” hazırda 33 xalla İspaniya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью