Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real” bütün turnirlər nəzərə alınmaqla ardıcıl 8-ci qələbəsini qazanıb.
QOL.az xəbər verir ki, Madrid təmsilçisi son olaraq La Liqanın 12-ci turunda “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib.
Joze Mourinyonun komandası bu seriya ərzində La Liqada “Vilyarreal”ı (1:0), “Sevilya”nı (4:1), “Barselona”nı (2:1), “Rasinq”i (3:0) və “Valensiya”nı (3:0), Çempionlar Liqasında isə “Roma”nı (4:3),“Leyptsiq”i (4:1),AEK-i (3:2) məğlub edib.
Madrid klubu bu 8 qarşılaşmada ümumilikdə 24 qol vurub, qapısında isə 8 qol görüb. Beləliklə, komandanın orta məhsuldarlığı hər oyuna 3 qol təşkil edib.
Qeyd edək ki, ‘Real’ sonuncu dəfə 2022-ci ildə ardıcıl 8 qələbə qazanıb. Madrid təmsilçisi 4 ildən sonra bu göstəricini təkrarlayıb.