Real Rodri transferi üzərində işləyir

27.03.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Real" Rodri transferi üzərində işləyir

"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək üzərində işləyir.

QOL.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

Madrid təmsilçisi 29 yaşlı oyunçunun transferini prioritet sayır. "Şəhərlilər" mövcud vəziyyətdən xəbərdardırlar və Rodri getmək istəsə, keçidə mane olmayacaqlar.

Yarımmüdafiəçi 2019-cu ildən "Mançester Siti"də oynayır. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью