Real Rodri transferində maraqlı deyil məşhur ispan nəşri transferi yalanladı

24.07.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Real" hazırda Rodrinin transferində maraqlı deyil. Buna səbəb futbolçunun komandanın baş məşqçisi Joze Mourinyonin oyun modelinə uyğun gəlməməsidir.

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Mourinyonun rəhbərliyi altında “Real” topa uzunmüddətli nəzarətə və intellektual futbol üslubuna əsaslanan oyun qurmağı planlaşdırmır. Buna baxmayaraq, Madrid klubunda Rodrinin keyfiyyətlərini yüksək qiymətləndirən və onu komandada görmək istəyən şəxslər də var.

Nəşr həmçinin bildirir ki, Rodri özü yenidən La Liqaya qayıdaraq “Real"da çıxış etmək istəyir. "Mançester Siti" isə futbolçunun satılması variantını nəzərdən keçirir. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.

30 yaşlı yarımmüdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasında 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью