Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Real" "Şalke" ilə qarşılaşa bilər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Real" yay hazırlıq mərhələsində Almaniyada yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilir ki, Madrid təmsilçisi "Şalke" ilə qarşılaşa bilər. Görüşün avqustun 16-da Gelsenkirxendəki "Feltins Arena"da keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, oyunun təşkilində "Real"ın yeni baş məşqçisi Joze Mourinyo maraqlıdır və məhz onun istəyi ilə bu qarşılaşmanın keçirilməsi gündəmə gəlib.
Qeyd edək ki, "Real" ötən mövsüm İspaniya La Liqasını 2-ci pillədə başa vurub. Madrid klubu 86 xalla çempion "Barselona"dan 8 xal geri qalıb.