Real seçimini etdi Ançelottinin yerinə o gəlir

23.04.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid” Karlo Ançelottinin istefaya göndərə bilər.

Metbuat.az xəbər verir ki, “Real” onun yerinə Xabi Alonsonun namizədliyini nəzərdən keçirir. İspaniya mətbuatının məlumatına görə, Xabi Alonsonun köməkçisi İnaki İbanez “Real Madrid” rəhbərliyi ilə əlaqə saxlayıb. İddialara görə, tərəflər Alonsonun mövsümün sonunda “Real Madrid”ə keçmə ehtimalını müzakirə edib. Bildirilir ki, bundan əvvəl “Real” rəhbərliyi Yurgen Kloppun namizədliyini nəzərdən keçirsə də, rədd cavabı alıb.

Qeyd edək ki, Karlo Ançelottinin müqaviləsi 2026-cı ildə yekunlaşsa da, “Real”dakı uğursuzluqdan sonra vəzifədən getməsi ehtimalı irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью