“Real” səfərdə darmadağınla qalib gəldi

08.11.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

İspaniya La Liqasının XII turunda "Real Madrid" səfərdə "Valensiya"nı 3:0 hesabı ilə məğlub edib.

"Mestalya" stadionunda keçirilən qarşılaşmada qonaqlar ilk hissədə iki qol vurublar.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran "Real Madrid" turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Doqquz xalı olan "Valensiya" isə 19-cu yerdə qərarlaşıb.

Növbəti turda "Real Madrid" noyabrın 21-də doğma meydanda "Selta"nı qəbul edəcək. "Valensiya" isə həmin gün səfərdə "Rayo Valyekano" ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью