“Real” Serxio Ramosu istəmədi İdmanXəbər

14.11.2024

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Real” rəhbərliyi sabiq futbolçusu Serxio Ramosun komandaya qayıtmaq fikrinə qarşı çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, hazırda azad agent statusunda olan ispaniyalı oyunçunun meneceri Ramosu Madrid klubuna təklif edib. Eder Militaonun zədələnməsinin ardından bu boşluğun təcrübəli futbolçu ilə doldurulması istənilib.

Ancaq rəhbərlik bu təklifə müsbət yanaşmayıb. Onlar Ramosun geri qayıtmasına qarşı çıxıblar.

Ramos 2005-2021-ci illərdə “Real”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 671 matçda oynayıb, 101 qol vurub və 40 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью