“Real” şikayət edəcək

07.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Real” İspaniya çempionatının 12-ci turunun “Valensiya” ilə oyununda 2:1 hesablı qələbə qazanıb. Amma Vinisius Juniorun qırmızı vərəqə alması madridlilərin narazılığına səbəb olub.

Baş məşqçisi Karlo Ançelotti buna münasibət bildirib. Qeyd edək ki, 79-cu dəqiqədə braziliyalı futbolçu rəqib qapıçısı Stole Dimitrievskini itələyərək yerə yıxıb və buna görə qırmızı vərəqə alıb. Ançelotti oyunsonrası mətbuat konfransında hakim qərarı ilə razılaşmadığını və apellyasiya şikayəti edəcəklərini deyib:

“Bu, qırmızı vərəqə deyil. Qapıçı onu itələdi və Vini cavab verdi. Hər ikisi üçün sarı vərəqə olmalı idi, vəssalam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью