Real Soseyadad ın gənc müdafiəçisi İngiltərə nəhənglərinin hədəfində

20.09.2026

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mançester Siti" və "Liverpul" "Real Soseyadad"ın cinah müdafiəçisi Con Aramburu ilə maraqlanır. Hər iki klub 24 yaşlı futbolçu barəsində məlumat toplamağa başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Aramburunun müqaviləsində təxminən 50 milyon funt-sterlinq (58,5 milyon avro) məbləğində sərbəstqalma bəndinin olduğu qeyd edilib. Yay t"ransfer pəncərəsi"ndə Venesuela millisinin üzvü ilə "Tottenhem", "Nyukasl" və "Everton" klubları da yaxından maraqlanıb.

Cari mövsümdə Aramburu La Liqada 6 matçda meydana çıxsa da, fərqlənə bilməyib. Futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında gənc müdafiəçinin dəyəri 15 milyon avro təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью