Real Sosyedad 1/8 finalda

05.01.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real Sosyedad" İspaniya kubokunda 1/16 final matçına çıxıb.

QOL.az xəbər verir ki, komanda "Ponferradina" ilə qarşılaşıb.

Görüş Ponferradadakı "El Toralin" stadionunda oynanılıb. Matçda "Real Sosyedad" 2:0 hesabı ilə qalib gəlib və 1/8 finala adlayıb.

54-cü dəqiqədə hesabı Mikel Oyarzabal açıb. 69-cu dəqiqədə isə yarımmüdafiəçi Brays Mendez son nöqtəni qoyub.

Qeyd edək ki, İspaniya kubokunun son qalibi “Atletik”dir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью