Real Sosyedad ın gənc müdafiəçisi üçün Avropanın nəhəng klubları yarışda

25.09.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya çempionatında parlaq oyunu ilə adından söz etdirən gənc mərkəz müdafiəçisi Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, "Arsenal", "Çelsi", "Liverpul" və "Real Madrid" kimi nəhənglər 20 yaşlı Yon Martini yaxından izləyirlər.

"Real Sosyedad" klubu futbolçunu satmaq niyyətində deyil və yalnız 50 milyon avro və ya daha yüksək təklif gələcəyi təqdirdə danışıqlara başlaya bilər.

Qış transfer pəncərəsinin açılmasına az qalmış bu istedadlı oyunçu uğrunda aparılan mübarizənin daha da qızışacağı gözlənilir. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью