“Real Sosyedad” La Liqada “Betis”ə uduzdu

22.08.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Betis” futbol klubu La Liqanın ikinci turunda “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma Sevilyadakı “Olimpiko de Sevilya - La Kartuha” stadionunda keçirilib.

Oyunda yeganə qol 63-cü dəqiqədə vurulub. “Betis”in yarımmüdafiəçisi Rodriqo Rikelme fərqlənərək komandasına üç xal qazandırıb.

Qeyd edək ki, hər iki komanda La Liqanın birinci turunu buraxıb. “Valensiya”, “Real” (Madrid), “Selta”, “Osasuna”, “Barselona” və “Atletik” (Bilbao) da ilk turda meydana çıxmayıblar.

Beləliklə, “Betis” mövsümdə ilk oyununda qələbə qazanaraq hesabına üç xal yazdırıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью