Real Sosyedad müdafiəçiyə görə Çelsi ilə razılığa gəldi

25.08.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real Sosyedad" müdafiəçi Mamadu Sarrın transferi ilə bağlı "Çelsi" ilə şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" media hesabında paylaşım edib.

Tərəflər artıq 20 yaşlı mərkəz müdafiəçisinin icarəyə verilməsi ilə bağlı  sənədlər hazırlayırlar.

Qeyd edək ki, Sarr ötən mövsümün ilk yarısını icarə əsasında "Strasburq"da keçirib və 18 qarşılaşmada iş başında olub. Mövsümün ikinci yarısında isə London klubu fransız futbolçunu icarədən geri çağırıb və o, 6 oyunda meydana çıxıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью