“Real Superkubok matçına daha bir ciddi itki ilə çıxa bilər

08.01.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real"ın müdafiəçisi Antonyo Rüdiger "Atletiko" ilə Superkubok yarımfinalı öncəsi  zədə alıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin sözlərinə görə, almaniyalı müdafiəçi dizində hiss etdiyi narahatlıq səbəbindən komanda ilə birlikdə məşq etməyib və onun derbidə iştirakı ciddi sual altındadır.

Qeyd edək ki, "Real" - "Atletiko" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью