Real Tibo Kurtua ilə razılığa gəldi

13.10.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real" qapıçı Tibo Kurtua ilə müqaviləsinin müddətinin uzadılması barədə prinsipial razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

Kurtuanın hazırkı müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir. Yeni anlaşmanın müddəti isə 2027/28 mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, 34 yaşlı Kurtua bu mövsüm bütün turnirlərdə 9 oyunda meydana çıxıb və iki matçda qapısını toxunulmaz saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью