“Real” Trent Aleksandr Arnolda görə 1 milyon ödəmək istəyir

12.05.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnold yaxın günlərdə Madridə yollanacaq. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 26 yaşlı ingilis azad agent kimi Madrid klubuna keçəcək. Eyni zamanda, "Real" İngiltərə klubuna təxminən bir milyon avro ödəmək istəyir ki, müdafiəçi klublararası dünya çempionatı başlamazdan əvvəl komandanın düşərgəsinə qoşulsun.

Qeyd edək ki, Aleksandr-Arnold mayın 5-də "Liverpul"dan ayrıldığını açıqlayıb. O, klubda 353 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью