“Real” turu qalib başa vurdu

15.12.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya La Liqasında XVI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son qarşılaşmasında “Real Madrid” səfərdə “Alaves”in qonağı olub.

Gərgin keçən görüşdə azarkeşlər 3 qola şahidlik ediblər. “Kral klubu” Kilian Mbappe və Rodriqonun vurduğu qollar sayəsində rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu qələbə ilə “Real Madrid” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Aktivində 18 xalı olan “Alaves” isə 12-ci sırada yer alır.

Premyer Liqa: “Siti” 3 xalı 3 qolla qazandı “Arsenal” turu qalib başa vurdu A Seriyası: “Latsio” səfərdə məğlub oldu Premyer Liqa: “Çelsi” və “Liverpul”dan qələbə Bundesliqa: “Leypsiq” məğlub oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью