Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan “Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsi “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə (REAL TV) 48 000 AZN ödəyəcək.
Reyting.az Pravda.az-a istinadla xəbər verir ki, bu, məlumat, reportaj, sujetlərin hazırlanması və televiziya yayımı xidmətləri ilə əlaqədardır.
Müvafiq müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.