Icma.az, Azvision saytına istinadən bildirir. İndi mənim bir sualım var: Bu sualı həm jurnalist, həm vətəndaş, həm də vicdan məsələsi hesab
Onu da əlavə edim ki, bu sualımın cavabı yoxdur. Sadəcə, ritorik sualdır!
Solmaz Tohidi 2020-ci ildə bu adamın kim olduğunu görmürdümü, yoxsa görüb susurdu?
Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hər gün dərs keçən, müşahidələrimə və eşitdiklərimə görə də Cümhuriyyət ideyalarını tez-tez indiki hakimiyyətə qarşı alətə çevirən Solmaz Tohidi, necə olub ki, 30 ildən çox bu dövlətin düşməni olan Ramiz Mehdiyevin real simasını görə bilməyib?
Tarix oxuyan, arxivlərdə oturan, siyasi prosesləri təhlil edən bir tarixçi üçün Ramiz Mehdiyev axı son 5 ilin fiquru deyildi… Bu sistem, bu idarəçilik, bu model illərlə gözümüzün qarşısında qurulub.
Solmaz Tohidi öz yazısında Ramiz Mehdiyevi demək olar ki, “məbəd” statusuna qaldırır.
Onun Akademiyaya, elmə, alimlərə “diqqətindən”, zənglərindən, kitablarla maraqlanmağından yazır.
Əziz Solmaz Tohidi, sizə zəng edib kitabınızla maraqlanan adamı “məbəd” adlandırırsınızsa, onda Cümhuriyyət dövrünün o tarixi şəxsiyyətlərini necə adlandırırsınız?