Real üçün şad xəbər

23.05.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real"ın futbolçusu Eder Militao komanda ilə məşqlərə başlayıb. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Braziliyalı müdafiəçi artıq zədədən bərpa prosesini başa vurub. Onun klublararası dünya çempionatına hazır olacağı gözlənilir. 

Qeyd olunur ki, Militao artıq uzun müddət ərzində zədədən bərpa olunmasına fokuslanıb. Bunun üçün o, Milad bayramından sonra ailəsini Madridə gətirib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью