Real ulduz futbolçu barədə qərarını verdi

25.08.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

“Arsenal”, “Liverpul” və “Mançester Siti”dən “Real Madrid”in futbolçusu Rodriqonu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Rodriqonun “Real”ı tərk edəcəyi barədə iddialar dərc edilsə də, Madrid klubu futbolçunu klubda saxlamaq istəyir. İspaniya mətbuatının məlumatına görə, “Real” Rodriqonu klubdan göndərmək istəməsə də, “Mançester Siti” futbolçu üçün təklif irəli sürüb.

Qeyd edək ki, Rodriqo 2019-cu ildə “Santos”dan “Real”a 45 milyon avroya transfer edilib. Futbolçu "Real"ın heyətində 270 oyunda 68 dəfə fərqlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью